İrlandiyanın baş naziri koronavirusla mübarizə aparmaq üçün həkim fəaliyyəti göstərəcək

05:20 06-04-2020 317

İrlandiyanın Baş Naziri Leo Varadkar ölkəsinə koronavirusla mübarizədə kömək etmək üçün həftədə bir gün həkim kimi çalışacaq.

Yerli “Journal” dərgisi xəbər verir ki, Varadkar tibb üzrə təhsil alıb və yeddi il ərzində həkim kimi çalışıb.

Sonra isə o, siyasətlə məşğul olmağa başlayıb. 2013-cü ildə Varadkarın adı ölkənin həkimlər reyestrindən çıxarılıb.