UFC prezidentinin adı seks qalmaqalında: Ondan 10 milyon dollar tələb olunur

10:40 06-04-2020 406

UFC prezidenti Deyna Vaytın 2014-cü ildə yaşadığı seks qalmaqalı ortaya çıxıb.

HerGun.Az xəbər verir ki, Las-Veqas sakini Ernesto Coşua Ramos striptizçi sevgilisi ilə seks videosu olan Uaytdan 200 min dollar tələb etdiyinə görə, 2015-ci ildə 366 günlük həbs olunub.

Lakin beş il əvvəl seks videosundakı kişinin adı ictimaiyyətə açıqlanmayıb. Məhkəmə prosesində Vayt sadəcə, “görkəmli Las-Veqas biznesmeni” kimi təqdim olunub.

İndi isə 42 yaşlı Ramos iddia edir ki, adının ictimaiyyətə sızdırılmaması üçün Vayt 450 min dollar ödəyib. Vayt özü isə açıqlamasında beş il əvvəl Ramosun ondan pul ala bilmədiyini və bu dəfə də bunu bacarmayacağını bildirib.

Vayt qeyd edib ki, hazırda Ramos vaxtı ilə məhkum edilmiş vəkili ilə birgə ondan 10 milyon dollar tələb edir. UFC prezidenti dələduzluqda, 450 min dollar qarşılığında qanunsuz razılaşmada ittiham olunur. 

Qeyd edək ki, istintaqın araşdırmasına görə, seks videosu çəkilərkən Deyna Vayt UFC turniri üçün Braziliyada olub. Video həmin qadın tərəfindən 2014-cü ilin oktyabrında hoteldə gizli çəkilib. 2015-ci ilin yanvarında isə Ernesto Coşua Ramos Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub.

Səbuhi Musayev