Türkiyə KİV: “Məşhur məşqçi Azərbaycandan təklif alıb” - FOTO

14:40 06-04-2020 411

“Roma” klubunun sabiq baş məşqçisi Euzebyo Di Françesko AFFA-dan təklif alıb.

HerGun.Az xəbər verir ki, bu barədə iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Ötən ilin oktyabrında “Sampdorya” klubundan ayrılan 50 yaşlı məşqçi işsizdir. O, özü İtaliya mətbuatına müsahibəsində İngiltərə Premyer Liqa klublarından və Türkiyədən təklif aldığını bildirib. Onun Türkiyədən hazırda baş məşqçisiz olan “Fənərbağça”dan təklif aldığı güman edilir.

Qeyd edək ki, Euzebyo Di Françesko 2017-ci ildə “Roma”nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb – 2:1.  

Səbuhi Musayev