FİFA cari mövsümü qeyri-müəyyən müddətə uzada bilər

19:00 06-04-2020 378

FİFA cari mövsümü koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə uzada bilər.

Bu barədə “The Athletic” məlumat yayıb.

Sözügedən tədbirin çempionatların vaxtından əvvəl bitmə riskini azaldacağı qeyd olunur. Həmçinin yay transfer pəncərəsinin müddəti də dəyişəcək.

Qurumun rəsmi qərarının avqustun 8-dək elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, Avropada Belarus çempionatı istisna olmaqla, bütün futbol turnirləri dayandırılıb.