Azərbaycanda bu günə kimi 47 mindən çox insan koronavirus testindən keçib

22:20 06-04-2020 342

Azərbaycanda son sutka ərzində 2349 nəfər koronavirus testindən keçib.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə testdən keçənlərin sayı 47 102 nəfərdir. 

Hazırda 590 nəfər aktiv xəstə sayı var ki, onlardan dörd nəfəri reanimasiyadadır.