Selena Qomezdən gözlənilməz etiraf: Bu xəstəlikdən əziyyət çəkir

00:00 07-04-2020 461

Bütün dünyanı təsir altına alan koronavirus səbəbindən özünü evində təcrid edən müğənni Selena Qomez həmkarı Mayli Sayrus ilə sosial media hesabından canlı yayım vasitəsilə əlaqə yaradıb.

“Haber Global”ın məlumatına görə, səhhəti ilə bağlı danışan 27 yaşlı Qomez bir müddət əvvəl ona bipolyar xəstəliyi diaqnozu qoyulduğunu elan edib.

“Xəbəri eşidəndə həm dəhşətə düşdüm, həm də rahatladım. Axır ki, illərdir depressiya və səksəkədə olmağımın səbəbini anladım”, - deyə o, bildirib.