Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanında məscidlər bağlı qalacaq

03:40 07-04-2020 377

Ramazan ayına baxmayaraq Səudiyyə Ərəbistanı kütləvi yığıncaqlarla, o cümlədən məscidləri ziyarətlərlə bağlı məhdudiyyətləri uzatmağa hazırdır.

“Habr Acil” portalı xəbər verir ki, bu haqda ölkənin Səhiyyə nazirliyinin nümayəndəsi Məhəmməd Abdel Əli bildirib.

“Hamı Ramazan ayında keçirilən dini yığıncaqlar üçün darıxır. Lakin həyata keçirilən tədbirlər koronavirus səngimədikcə davam edəcək”, - deyə M.A.Əli bildirib.