İngiltərədə koronavrius səbəbindən 5G qüllələri yandırılır

05:20 07-04-2020 389

Böyük Britaniyada insanlar 5G qüllələri yandırmağa başlayıb.

“BBC” xəbər verir ki, onların fikrincə həmin qurğular koronavirus infeksiyasını yayır.

Ötən həftə ərzində Birmingem, Liverpul və Mellinqdə ən azı üç qülləyə od vurulub.

Konspiroloqlar hesab edir ki, 5G rabitəsi insanların sağlamlığına təsir edir və koronavirusun sürətli yayılması ilə birbaşa bağlıdır.