Nazir Azad Rəhimov da qolunda bahalı saat gəzdirir

13:57 11-07-2019 1487
Azərbaycan Rüspublikasının Gənclər və İdman naziri Azad Rəhimov Dövlət Neft Şirkətinin prezidentinin övladı Rəşad Rövnəq oğlu Abdullayev kimi bahalı Richard Mille saatı qolunda qəzdirir. Yeqanə fərq saatın modeli və qiymətidir. 
Criminal.az xəbər verir ki, Avropada mühacir həyatı yaşayan Emin Hüseynovun A.Rəhimov Azad Rəhimovun qolunda gəzdirdiyi saatı araşdırıb.
 
 
Araşdırma onu qöstərir ki Azad Rəhimovun Richard Mille RM030 Balack Dash saatı 150 min, Rəşad Rövnəq oğlu Abdullayevin isə Richard Mille50-03 McLarenF1 saatı 1 millyon 300 min dollardı.
Criminal.az olaraq A.Rəhimovun qəbul otağının telefon nömrəsinə gün ərzində bir neçə dəfə zəng etsək də, cavab verən olmadı. Məsələ ilə bağlı A.Rəhimovun mövqeyini öyrənməyə çalışacağıq. 
Xatırladaq ki, bu yaxınlarda İspaniyanın İbiza kurortunda 1.2 milyon avroluq saatını oğurlatdıran SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevlə bağlı məlumatlar yayılmışdı. Həmin hadisə ölkə gündəmində birmənalı qarşılanmamış, eyni zamanda xarici mətbuatın da əsas xəbərlərindən birinə çevrilmişdi. Daha sonra isə OCCRP Rövnəq Abdullayevin 25 yaşlı oğlunun bahalı saat həvəskarı olmasından yazdı. Yazıda təqdim olunan fotoda da Rəşad Abdullayevin qolunda başqa bir dəbdəbəli saat vardı. Müəllif "Roger Dubuis” brendinin "Excalibur Quatuor” saatının dəyəri 1 milyon dollar qiymətləndirildiyini yazmışdı.