“Twitter”in təsisçisi koronavirusla mübarizəyə bir milyard dollar vəsait ayırdı
05:00 08-04-2020 304
Çərşənbə axşamı “Twitter”in təsisçisi Cek Dorsi koronavirusla mübarizəyə bir milyard dollar vəsait ayırdığını bildirib.
“RİA Novosti” xəbər verir ki, pandemiya səngiyəndən sonra xeyriyyə işləri təhsilə yönələcək.
“Mən koronavirusla mübarizəyə “Square” şirkətinin bir milyard dollarlıq aksiyalarını ayırıram. Bu mənim var-dövlətimin 28%-ni təşkil edir”, - deyə Dorsi vurğulayıb.