Qarabağda erməni hərbçi öldü

14:27 18-06-2019 632

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki yol qəzasında erməni hərbçi ölüb. 

“Sputnik Ermənistan” xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 07:40-da qeydə alınıb. 

Hadisə zamanı yaralanan 1994-cü il təvəllüdlü hərbçi Araik Balasanyan ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalar aparılır.