Vəkillər Koçaryanın azad olunmasını tələb etdi - koronavirus riskinə görə

13:40 08-04-2020 340

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri koronavirus təhlükəsi ilə əlaqədar onun azad edilməsi tələbini irəli sürüblər.

Bu barədə TASS xəbər yayıb.

Müdafiəçilər Koçaryanın yaşının 60-dan yuxarı olduğunu və Ermənistanda koronavirusla bağlı vəziyyətin mürəkkəbləşdiyini bildirərək, qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar.

Hüquqşünaslar epidemiyadan əvvəl Koçaryanın səhhətində problem olduğunu xatırladıblar.

Robert Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edilib.

Məhkəmə prosesi 2019-cu il sentyabrın 12-də başlayıb.