Bu şəhərdə sürücüsüz taksilər fəaliyyət göstərəcək

17:40 08-04-2020 348

Rusiyanın paytaxtı Moskva şəhərində sürücüsüz taksilərin istifadəyə veriləcəyi tarix açıqlanıb.

“Ridus” xəbər verir ki, belə taksilərin fəaliyyəti 2020-ci ilin may ayında Samara vilayətində start götürəcək “ağıllı yolllar” layihəsinin gerçəkləşdirilməsindən sonra baş tutacaq.

Sürücüsüz taksi layihəsinin həyata keçirilməsi üçün 4-5 il vaxt lazım olduğu bildirilir.

Pilotsuz nəqliyyat vasitələri yol hərəkəti, piyada keçidləri, eləcə də təcili yardımın yaxınlaşması barədə məlumatları sürətli şəkildə əldə edəcəklər. Qeyd olunur ki, bu cür maşınlar müxtəlif epidemiyalar zamanı xüsusilə aktuallaşır.