Cinayətdə ittiham olunan FHN zabiti məhkəmə qarşısında

13:20 09-04-2020 517

Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) zabiti Orxan Oruclunun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılacaq. 

HerGun.Az xəbər verir ki, iclas hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək. 

Məhkəmə iclasının qapalı olacağı bildirilir. 

Qeyd edək ki, O.Oruclu Cinayət Məcəlləsinin 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilir.