Kante “Çelsi”ni tərk edə bilər

02:40 11-04-2020 510

“Çelsi”nin rəhbərliyi yarımmüdafiəçi Nqolo Kanteni yay “transfer pəncərəsi”ndə satmağı planlaşdırır.

Bu barədə “90min” portalı yazır.

Məlumata əsasən, fransalı havbekə PSJ və “Real” maraq göstərirlər. Kantenin qiymətinin hazırda 80 milyon avro olduğu bildirilir. 

Xatırladaq ki, “Çelsi” futbolçunu 2016-cı ildə əldə edib. Cari mövsümdə Kante 22 matçda iştirak edib və rəqib qapısından üç qol keçirib.