“Barselona” korrupsiyada ittihama cavab verdi

04:40 11-04-2020 556

“Barselona” klubda oğurluq edilməsi barədə keçmiş vitse-prezident Emili Russonun dedikləri ilə bağlı rəsmi bəyanat yayıb.

Klubun saytında yerləşdirilən məlumata əsasən, komanda korrupsiya ilə bağlı bütün ittihamları rədd edir.

Bundan əlavə, kataloniyalıların rəhbərliyi funksioneri məhkəməyə verə biləcəyinə işarə edib.

“Rusonun mediaya verdiyi müsahibə zamanı irəli sürdüyü ittihamların ciddi və əsassız olduğunu nəzərə alaraq, “Barselona” korrupsiya kimi dəyərləndirilən bilən istənilən fəaliyyəti rədd edir, ona görə də məhkəmə xarakterli tədbirlər görə bilər”, - deyə məlumatda bildirilir.