Göygöldə qohumlar arasında dava oldu, xəsarət alanlar var

00:40 12-04-2020 604

Göygöl şəhərində qohumlar arasında düşən dava iki nəfərin xəsarət alması ilə nəticələnib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhər Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Yaxın qohumlar arasında hələ ki, məlum olmayan səbəbdən dava olub.

Nəticədə iki nəfər - Şirin Mamayeva və Ələsgər Əliyev müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, qohumlar arasında əvvəllər də münaqişə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.