Futbolçu reklam tablosuna təpik vurdu, dəqiqələrlə ayağını çıxarda bilmədi – VİDEO

06:40 13-04-2020 466

Belarusda yerli futbol çempionatı çərçivəsində gülməli hadisə baş verib.

“Çempionat” xəbər verir ki, “Slutsk” və “Vitebsk” klublarının görüşü zamanı ev sahiblərinin rusiyalı futbolçusu Artyom Serdyuk sürətini tarazlaya bilməyərək, topun dalınca qaçarkən meydançadan çıxıb.

Nəticədə topun yerinə futbolçu meydançadan kənarda yerləşən reklam tablosuna ayağı ilə zərbə endirib.

Qeyd etmək lazımdır ki, tablonu deşən A.Serdyuk bir müddət ərzində ayağını oradan çıxarda bilməyib.

Görüş isə 1:1 hesabı ilə bitib.