Sabirabadda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

20:18 13-07-2019 517

Sabirabadda ağır yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Horadiz magistral yolunun rayonun Qalağayınkəndi ərazisindən keçən ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin idarəetməsinin itməsi nəticəsində maşın yolun kənarındakı daş hasara çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Usubov Vüqar İsmət oğlu və onun bacısı, 1997-ci il təvəllüdlü Usubova Nuridə İsmət qızı hadisə yerində dünyasını dəyişib.

Qəzada xəsarət alan, 2003-cü il təvəllüdlü Usbov Əmirağa İsmət oğlu və digər bir nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, avtomobildə olan bir ailənin üzvləri nişana gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.