Sərdar Ortaç qız atası olmağa qərar verib

17:40 13-04-2020 474

Özəl həyatında axtardığı xoşbəxtliyi tapmayan türkiyəli müğənni Sərdar Ortaç sosial media hesabından qız atası olmaq istədiyini açıqlayıb.

HerGun.Az xəbər verir ki, müğənni bu barədə “Instagram” hesabında canlı yayımda olarkən deyib.

“Tək yaşayıram, yalqız öləcəyəm” deyən Ortaç qızı olarsa, anası Nəsrinin adını qoyacağını bildirib.

Xatırladaq ki, müğənni irlandiyalı model Xloe Lougnan ilə beş il evlilikdən sonra müğənni Seçil Gur ilə qısa müddət eşq yaşayıb.