Türkiyəli aktrisa: “Klaustrofobiyam var və evdə qalmaq mənə çox çətindir”

19:40 13-04-2020 477

Koronavirusa görə çəkilişləri saxlanan “Babil” serialında İlay obrazını canlandıran, evində karantində qalan Birce Akalay klaustrofobiyası olduğunu deyib.

HerGun.Az xəbər verir ki, aktrisa bu barədə “İnstagram”da qonaq olduğu canlı yayımda açıqlama verib.

O, “Klaustrofobiyam var və evdə qalmaq mənə çox çətindir” deyib.

Akalay karantin müddətində vaxtı dəyərləndirməyin lazım olduğunu və düşünmək zamanının gəldiyini vurğulayıb.