Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev kitablarının bir neçə bağlamasın əsgər və zabitlərə hədiyyə edəcək

15:37 14-04-2020 519

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Hörmətli dostlar, bu gün dünyada baş verən bəşəri bəla insanları sosial təcrid şəraitində yaşamağa məcbur edibdir. Dövlətimizin, dövlət başçımızın “Evdə Qal” çağırışlarına qoşularaq hər birimiz birgə həmrəylik nümayiş etdirir, bu çətin günlərdə ölkəmiz qarşısında öz insanlıq borcumuzu yerinə yetirməyə çalışırıq.

Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirən, gecə-gündüz torpaqlarımızı yağı düşməndən qoruyan igid və cəsur əsgərlərimiz qarşısında da hər birimizn vətəndaşlıq və mənəvi borcumuz vardır.

FB_IMG_1586867200553
Bir politoloq-alim kimi mən də özümə borc bildim ki, müəllifi olduğum “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” və “Azərbaycanın Mehriban Siması” adlı kitablarımdan bir neçə bağlama “N” saylı hirbi hissənin əsgər və zabitlərinə hədiyyə edim. İnanıram ki, təqdim etdiyim bu kitablar müasir Azərbaycan dövlətinin memarı, Qüdrətli Ordumuzun qurucusu Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, tarixi xidmətləri barədə məlumatların əldə edilməsi, Onun möhtəşəm siyasətinin və irsinin dərindən öyrənilməsində sanballı töhfə olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qəhrəman Vətən övladlarımız hərbçilərimzə, onların ailələrinə olan dərin məhəbbəti, ehtiramı sonsuzdur. Mehriban xanımın Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsinə dəfələrlə baş çəkməsi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimində iştirak etməsi, Qarabağ müharibəsi iştirakçıları ilə görüşləri, onlara davamlı diqqət və qayğı göstərməsi mərd oğullarımıza olan xoş münasibətinin ifadəsi sayıla bilər. Olduqca səmimi və xoş təsir bağışlyan bu görüşlər hərbi-vətənpərvlik hissinin və Ordumuzun döyüş ruhunun artmasına öz layiqli töhfəsini verir.
Ümid edirəm ki, müəllifi olduğum kitablar əsgər və zabitlərimiz tərəfindən rəğbətlə qarşılanacaq, Vətənə bağlılıq, torpağa məhəbbət kimi hisslərinin artmasında dəyərli hədiyyə olacaq.