Aras Bulut İynemli Neymara təşəkkür etdi - FOTO

14:40 15-04-2020 452

Türkiyəli məşhur aktyor Aras Bulut İynemli Braziliya millisinin və Fransanının PSJ klubunun futbolçusu Neymara təşəkkürünü bildirib.

HerGun.Az xəbər verir ki, aktyor Memo obrazını canlandırdığı “Yeddinci Koğuştakı Mucize” adlı filminə Neymarın münasibəti ilə bağlı “Instagram” hesabının hekayə bölməsində paylaşım edib.

“Təşəkkürlər. Hər zaman sevgi və sağlamlıq diləyirəm”, - deyə İynemli filmdən paylaşdığı fotonun üzərində qeyd edib.

Qeyd edək ki, Neymar filmə baxdıqdan sonra “Uşağı olanlar indi nə düşündüyümü anlaya bilər. Bu nə film idi belə? Uşaq kimi ağladım” deyə, münasibət bildirmişdi.