Azərbaycanda muzdla işləyənlərin orta aylıq maaşı AÇIQLANDI

19:40 15-04-2020 469

2020-ci il mart ayının 1-nə olan göstəricilərə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107 200 nəfər və ya 7 faiz artaraq, 1 641 500 nəfər olub.

Onlardan 911 400 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730 100 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq, 712,3 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.