“Queen”nin gitaraçısı: Koronavirusun yayılmasında ət yeyən insanlar günahkardır

03:20 17-04-2020 460

Britaniyalı musiqiçi və dünyaca məşhur “Queen” qrupunun gitaraçısı Brayan Mey hesab edir ki, koronavirusun yaranmasında ət yeyən insanlar günahkardır.

“NME” xəbər verir ki, onun fikrincə cərəyan edən hadisələr səbəbindən dünyada bir çox insan ətdən imtina edəcək.

“Görünən odur ki, pandemiya heyvanları yeyəb insanlardan başlayıb. Bir daha əmin oldum ki, ət yemək sağlamlıq üçün ən yaxşı şey deyil”, - deyə B.Mey vurğulayıb.

Qeyd etmək lazımdır ki, musiqiçinin özü cari ilin yanvar ayından ət yeməkdən imtina edib.