Koronavirus pandemiyası səbəbindən Meksikada çimərliklər timsahlarla doldu

07:40 17-04-2020 513

Koronavrius pandemiyası səbəbindən boşalan Meksikanın La-Ventanilya (Oahaka ştatı) kurortunun çimərliklərinə timsahlar doluşub.

“Mexico News Daily” saytı xəbər verir ki, La-Ventanilya kurortu timsahları ilə məşhur olsa da, onlar əsasən Tonameka çayında yaşayır və çimərliklərə gəlmir.

Aprelin əvvəlində ölkədə insanlara çimərlikləri ziyarət etmək qadağan edildikdən sonra sürünənlər oralara gəliblər.

Qeyd etmək lazımdır ki, həmin timsahlar üç-dörd metr uzunluğunda olur.