Bu gün 100-dən çox dünya ulduzu evlərindən canlı konsert verəcək

18:40 18-04-2020 451

100-dən çox dünya ulduzu koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün mahnılarını ifa edəcəkləri bir tədbir təşkil edirlər.

HerGun.Az xəbər verir ki, TV kanallarından və sosial mediadan yayımlanacaq konsert Bakı vaxtı ilə 22.00-da başlayacaq.

“The One World: Together At Home” (“Bir dünya bir evdə”) adlanan tədbirdə Rollinq Stons, Selin Dion, Farel Uilyams, Elton Con, Paul Mak Kartni, Stiv Vonder və Billi Eiliş da daxil olmaqla 100-dən çox müğənni ifa edəcək.

Bütün iştirakçıların ifaları evlərindən canlı yayımlanacaq. Tədbir bazar günü Bakı vaxtı ilə 06:00-a qədər davam edəcək.

İfaları “YouTube”, “Twitter”, “Facebook”, “İnstagram”dan, eləcə də dünyanın bir çox televiziya kanallarından canlı izləmək mümkün olacaq.

Səkkiz saat davam edəcək tədbirdən əldə edilən gəlirin koronavirusla mübarizə məqsədi ilə xərclənəcəyi açıqlanıb.

Tədbir “Global Citizens” təşkilatı və Ledi Qaqanın dəstəyi ilə keçirilir.