Ərdoğanla Tramp koronavirusun iqtisadiyyata təsirini müzakirə ediblər

22:40 19-04-2020 544

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti administrasiyası sosial media hesabında məlumat yayıb.

Danışıqda prezidentlərin ABŞ və Türkiyə dövlətləri arasındakı ikitərəfli münasibətləri, həmçinin koronavirusla mübarizə məsələlərini müzakirə etdiyi bildirilir. Həmçinin NATO səviyyəsində tərəfdaşlıq və koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərbə müzakirə obyekti olub.