Özünütəcriddə rekord: Çarpayı ətrafında 100 km qaçdı - VİDEO

19:00 20-04-2020 492

Saxara səhrasında ultramarafona hazırlaşan rusiyalı idmançı Dmitri Yakuxnı çarpayı ətrafında vurduğu dövrə sayı ilə rekorda imza atıb.

Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, 250 km məsafəyə qaçış aprel ayında keçirilməli idi, lakin pandemiya səbəbindən təxirə salınıb. Buna baxmayaraq, COVID-19 idmançıya xəyallarını gerçəkləşdirməyə və yeni rekorda imza atmağa mane ola bilməyib.

Xanımı onun “marafon”unu kameraya çəkib, uşaqları isə azarkeş səsləri ilə onu ruhlandırıb.