Karantin zamanı “Netfliks” şirkəti gəlirlərini iki dəfə artırdı

06:00 22-04-2020 454

Film və serial istehsalı ilə məşğul olan məşhur “Netfliks”şirkəti 2020-ci ilin ilk rübündə 709 milyon dollar gəlir əldə edib və bu da ötən il ilə müqayisədə iki dəfə çoxdur.

“RİA Novosti” xəbər verir ki, beləliklə “Netfliks” koronavirus pandemiyası zamanı gəlirlərini çoxaldan nadir şirkətlərdən biridir.

“Biz yaxşı anlayırıq ki, bu zamanlarda evdə oturmağa məcbur olan insanlar üçün xidmət göstərmək imkanı əldə etmişik”, - deyə şirkətin nümayəndəsi qeyd edib.

Qeyd etmək lazımdır ki, cari ilin ikinci rübündə şirkətin daha 800 milyon dollar əldə edəcəyi ehtimal edilir.