“VAZ” qadını vurub dirəyə çırpıldı, digər maşın kanala düşdü

16:09 14-07-2019 952

Lənkəranda piyada vurulub.

HerGun.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə Ələt-Astara magistralının Gərmətük kəndindən keçən hissəsində baş verib.

34 yaşlı Ziya İbrahimovun sürücüsü olduğu “VAZ 2107” markalı avtomobil yolun hərəkət zolağında Şəfiqə Əzizəli qızı Rəhimovanı vurub, sonra isə işıq dirəyinə çırpılıb.

Qarşı tərəfdən hərəkətdə olan digər bir avtomobilin sürücüsü isə hadisədən yayınmaq istəsə də, maşını su kanalına düşüb.

Orta yaşlı piyada ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla araşdırma aparılır.

Rövşən Mövlan