Bəzi parlamentlərarası işçi qruplarına rəhbərlik edəcək deputatların adları bəlli oldu

22:00 22-04-2020 414

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə gətiriləcək bəzi deputatların adları müəyyənləşib.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərovun, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupuna Səməd Seyidovun, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir.

İtaliya üzrə işçi qrupa Azər Kərimli, Fransa üzrə işçi qrupa Soltan Məmmədov, Türkiyə üzrə işçi qrupa Əhliman Əmiraslanov, Ukrayna üzrə işçi qrupa Rüfət Quliyev rəhbər gətiriləcək.

Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov