ABŞ-da ikibaşlı buzov doğuldu – FOTO

09:00 23-04-2020 499

ABŞ-ın Cənubi Dakota ştatında yerləşən fermalardan birində qeyri-adi buzov doğulub.

“Daily Star” xəbər verir ki, doğuş edə bilməyən inəyə qeysəriyyə əməliyyatı tətbiq olunandan sonra onun qarnından ikibaşlı buzov çıxardıblar.

Bundan əlavə, yeni doğulan heyvanın bir çanaqda birləşən iki onurğası olub.

Fermanın sahibi Skott Kolousek ilk dəfədir belə hal ilə rastlaşdığını bildirib.

Qeyd etmək lazımdır ki, buzov doğulandan qısa müddət sonra ölüb.