Evdə qal və muzeylərə səyahət et

12:00 23-04-2020 409

Mədəniyyət Nazirliyi və Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başlatdıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək, vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır. 

Layihə çərçivəsində növbəti virtual səyahət Azərbaycan Milli İncəsənət Muzeyi haqqında növbəti videotəqdimatla davam edir.

Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ölkənin ən böyük incəsənət muzeyində Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür.

Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.

Azərbaycan Milli İncəsənət Muzeyinə növbəti virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/869600536843069/ 

https://www.facebook.com/cvntv/videos/155212562588510/

https://www.youtube.com/watch?v=ezHIMDxY31I