Bastiliyanın alınması günü Parisdə etirazlar - VİDEO

18:36 14-07-2019 657

Parisdə Fransanın Milli bayramı - Bastiliyanın alınması günü keçirilən paraddan sonra etirazçılar küçəyə axışıb.

RİA Novosti” xəbər verir ki, təhlükəsizlik tədbirləri gücləndirilsə də, aksiyaçılar “sarı jiletlilər”in şüarlarını səsləndirərək dəmir maneələri dağıtmağa və yerində barrikadalar quraşdırmağa başlayıblar.

Polis mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, “sarı jiletlilər” kütləvi etiraz aksiyaları Fransada noyabrın ortalarından başlayıb. Nümayişçilər yanacağın qiymətinin artırılmamasını tələb edirlər.