“Tacirlə barışarsınız?” sualı İlahə Fədanı özündən çıxardı - VİDEO

15:40 23-04-2020 497

Müğənni İlahə Fəda ATV kanalında yayımlanan “7 canlı” axşam şousunun canlı efirində qonaq olarkən aparıcının sualına əsəbiləşib.

HerGun.Az xəbər verir ki, proqramın aparıcısı Vüsalə Əlizadə sənətçiyə bacısı Fədayə Laçının duet ortağı Tacir Şahmaroğlu ilə aylar öncə aralarında baş verən qalmaqala son qoyub, “Tacirlə küsülülüyü unudub, barışa bilərsiniz?” sualı ilə müraciət edib.

İ.Fəda isə sualı eşidəndə “Bu barədə danışmaq istəmirəm” söyləyərək, lentə aldığı yeni mahnısını ifa etmək istədiyini bildirib.

İlahənin sərt reaksiyası ilə üzləşən aparıcı məsələni yumşaltmaq üçün şounun sonunda bu cümlələri dilə gətirib:

“Biz hər zaman olan hadisələri açıb danışırıq. Heç kimin xətrinə dəymirik, şəxsi işinə qarışmırıq. Bunu siz də görürsünüz. Təklif etmək borcumuzdur. Kaş barışıq olardı. Amma İlahə xanım bu məsələnin üstündən birdəfəlik xətt çəkib. Fikirlərinə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, ard-arda müxtəlif verilişlərdə İlahə Fəda və Tacir Şahmaroğlu söz savaşına çıxıblar. İkili bir-birini iynələyib və sancmaq üçün ailə-məişət məsələlərini belə ortalığa atıblar. Hətta İlahə bacısı Fədayəyə Tacirlə duet oxumağı qadağa edib.

Rəşad Əliyev