Günay İbrahimli: “Karantin məni kökəltdi” - ÖZƏL + FOTO

17:00 23-04-2020 481

“Karantin dövründə həm ev işləri ilə, həm də karyeramla məşğulam. Ailəmlə, sevdiklərimlə daha çox vaxt keçirirəm. Ona görə də evdə darıxmıram”.

Bu sözləri məşhur estrada müğənnisi Günay İbrahimli HerGun.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Hamı kimi evdə oturub, biş-düşlə məşğul olan sənətçi kökəldiyini etiraf edib:

“Evdə bir dəqiqə belə boş vaxtım olmur. Çunki iş bitmək bilmir. Ev işləri ilə yanaşı, idmanla da məşğulam. Etiraf edim ki, karantin məni kökəltdi. Amma idmanla və düzgün qidalanmaqla əvvəlki çəkimə qayıtdım”.

Tez-tez rəngarəng və keyfiyyətli kliplərlə tamaşaçıların qarşısına çıxan G.İbrahimli karantindən sonra yeni ekran işini təqdim edəcəyini söyləyib:

“Karantindən öncə yeni klip çəkdirdik. Amma hazırkı vəziyyəti nəzərə alıb, yayım vaxtını bir az uzatdıq. Yaxın zamanda yeni klipi təqdim edəcəyik”. 

2020-ci ilin ağır və çətin başladığını deyən pop ulduz fikirlərini müsbət notlarla yekunlaşdırıb:

“Siçan ili heç də yaxşı başlamadı. Dünyada baş verən təbiət yanğınları, zəlzələlər, ən əsası koronavirus... Mən hər kəsə ilk növbədə can sağlığı arzu edirəm. Yaşadığımız hər an üçün Allaha şükür edək! Allah bütün Azərbaycan xalqını qorusun. Tezliklə bu bəla başımızın üzərindən çəkilsin!”

Rəşad Əliyev