Rusiya axtarışda olan cinayətkarları Azərbaycana təhvil verdi - VİDEO

19:00 23-04-2020 475

Axtarışda olan iki narkotik satıcısı Azərbaycandan Rusiyaya təhvil verilib.

REN TV xəbər verir ki, Aleksey Tubis və Ceyhun Nuriyev adlı şəxslər Rusiyaya ekstradisiya edilib.

A.Tubis 2018-ci ilin 21 noyabrında Xabarovskda narkotik maddə satıb, həmçinin şəxsi istifadəsi üçün satın alıb. Nuriyev isə narkotik alverinə cəhddə ittiham olunur.

Rusiya da öz növbəsində axtarışda olan beş cinayətkarı Azərbaycana təhvil verib. Onlar pul mənimsəmə, qadın alveri, qaçaqlıq, qəsb və zorakılıqda ittiham olunurlar.

Rusiya Federasiyası Baş Prokurorluğu ekstradisiya olunanların təhvil verilməsi və qəbulunun koronavirusla bağlı təhlükəsizlik tədbirlərinə uyğun şəkildə həyata keçirildiyini vurğulayıb.