Türkiyənin Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət etdi

21:00 23-04-2020 310

Türkiyənin Azərbaycandakı səfirliyi ölkələrinə qayıtmaq istəyən vətəndaşlarına müraciət edib.

Bu barədə səfirliyin “Facebook” hesabında açıqlama verilib:

“Bakıdan bu gecə 01:55-də TK-335 və sabah, aprelin 24-də 14:30-da havaya qalxacaq TK-333 təyyarələrinə bilet satışı Heydər Əliyev adına Hava Limanının köhnə terminalında həyata keçiriləcək.

Vətəndaşlarımızdan gömrük və bilet alma prosedurlarının uzun vaxt apara biləcəyini nəzərə alaraq, beş saat əvvəl hava limanına gəlmələri xahiş edilir”.