Bakıda lüks avtomobil yandı

09:40 24-04-2020 339

Bakı şəhərinin Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində avtomobil yanıb. 

Yanğın zamanı bir nəfər xəsarət alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.