İsmayıllıda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var

10:40 24-04-2020 362

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində İsmayıllı sakini, 1985-ci il təvəllüdlü Əsədov Elşən Qabil oğlu, Balakən sakini, 1995-ci il təvəllüdlü Atayev Toğrul Abduləziz oğlu, Ağdaş rayon sakini, 1989-cu il təvəllüdlü Ələkbərov Hüseyn Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.