Pandemiya dövründə qonaqlığın yeni üsulu - VİDEO
11:20 24-04-2020 549
Rusiyada 16 yaşlı Pavel Reşetnikov rəfiqələrinə qonaqlıq vermək istəyən nənəsinə qeyri-adi üsulla kömək edib.
“LifeShot” “Telegram” kanalı bununla bağlı maraqlı kadrlar yayımlayıb:
Bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan özünütəcrid rejimində yaşlı qadın bişirdiyi pirojkiləri rəfiqələrinə göndərmək istəyib.
Onun köməyinə yeniyetmə nəvəsi gəlib. Pavel pirojki torbalarını drona bağlayaraq, qonşulara paylamağa başlayıb.