Nadir Qafarzadə oğluna aldığı yeni mənzilini nümayiş etdirdi - VİDEO

18:00 24-04-2020 588

“Mənim digər vətəndaşlardan fərqim yoxdur. Karantin günlərimi onlar kimi evdə keçirirəm, SMS-lə küçəyə çıxıram. Bir azdan verilişə gedəcəyəm. Kanal mənə icazə üçün buraxılış vərəqəsi göndərib. Bir sözlə, qaydalara hamı kimi mən də əməl edirəm. Biz üzdə olan insanıq deyə, nümunə olmalıyıq. Evdə qalmağımız məsləhətdir”.

HerGun.Az xəbər verir ki, bu sözləri “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramına “Skype” vasitəsilə canlı efirə qoşulan müğənni Nadir Qafarzadə deyib. 

Sənətçi öz evində deyil, oğluna aldığı yeni mənzildə qaldığını söyləyib:

“Hazırda oğlumun evindəyəm. Həyat yoldaşım yanımda deyil. O, başqa evdədir. Xanımım ekranlardan qaçan insandır. Evdə yemək də bişirmişəm, ət qızartmışam. Oğluma özüm baxıram. Çünki o, hələ çox şeyi bacarmır. Biz amma çoxdanın evdar adamıyıq. Həm evdə, həm də çöldə kişi hər şeyə hazır olmaldır. Bir sözlə, yararlı insan olmalıdır”.

17 ildir evli olan N.Qafarzadə oğlunu evləndirmək istəsə də, lakin onun buna hələ hazır olmadığını bildirib:

“Bütün valideynlər kimi ən böyük arzularımdan biri oğlumu evləndirib, toy etməkdir. Oğluma deyirəm ki, evlən. Amma o, hələ buna hazır olmadığını deyir. Seçimi onun özünə buraxmışam. Çünki mən də xanımımı özüm seçmişəm. Çox xoşbəxtəm. 17 ildir ki, ailə sahibiyəm. Gözəl xanımım və övladlarım var”.

Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.

Rəşad Əliyev