Azərbaycanda ev karantinində saxlanılanların sayı açıqlandı - RƏSMİ

20:00 24-04-2020 371

“Azərbaycanda koronavirusla bağlı iki cür karantin rejimi tətbiq edilir”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bunlardan biri xaricdən gələn vətəndaşların xüsusi saxlanıldığı yerlərdir:

“Bu yerlərdə 1000 nəfər vətəndaş saxlanılır”.

“Xəstə insanlarla ünsiyyətdə olanlar isə ev şəraitində karantinə alınıb. Ev karantinində üç minə yaxın insan saxlanılır. Onların səhhəti ilə ərazi polklinika müəssisələri maraqlanır”, - deyə R.Bayramlı qeyd edib.

İlhamə Əbülfət