Gəncədə kişi sirkə turşusundan zəhərlənib

08:00 25-04-2020 337

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Əliyev Sərxan Füzuli oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 

Məlumata görə, 37 yaşlı kişi avtomobilini yolun kənarında saxlayaraq sirkə turşusu içib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.