Hərraclarda satılan qədim atıcı silahların 10 ən bahalı nümunəsi

09:00 25-04-2020 508

Kolleksiyaçılar sənət əsərlərindən tutmuş məşhur insanlara məxsus ən müxtəlif əşyalara qədər yığırlar. Kolleksiyaçıların marağını çəkən predmetlərdən biri də qədim silahlardır. Tarixi şəxslərə məxsus olanlar isə xüsusilə yüksək dəyərləndirilir. Bu cür silahlar bir qayda olaraq hərraclarda baha qiymətə satılır.

Beləliklə, hərraclarda satılan 10 ən bahalı atıcı silahı nümunələrini təqdim edirik.

10. “Beretta Imperiale Montecarlo” tüfəngi

“Beretta” şirkətinə məxsus “Imperiale Montecarlo” dünyanın ən bahalı modellərindəndir. Tüfəngin qundağı qoz ağacından düzəldilir və “Imperiale Montecarlo”nu alan zaman ölçüsü fərdi qaydada tənzimlənir.

Bu tüfəngin dəyəri 106 800 dollardır.

9. “Walther PP” tapançası

Bu tapança Birinci və İkinci Dünya müharibələrinin arasındakı müddətdə polis üçün düzəldilib. Lakin istifadədə çox rahat olduğu üçün təkcə polislər deyil, həm də ali məmurların arasında çox məşhur idi.

Belə tapança Hitler, Yeva Braun və German Herinqdə də vardı. Silahda 7,65х17mm-lik patronlardan istifadə olunur.

Hitlərin tapançası hərracda 114 000 dollara satılmışdı.

8. Vayett Erpə məxsus “Colt .45” revolveri

Vayett Erp Amerikada məşhur personajdır. O, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşayıb və vestern janrında yazılan kitabların və çəkilən filmlərin sayəsində məşhurlaşıb. Lakin real Vayett Erp bədii və kinematoqrafiya əsərlərində təsvir olunan qəhrəmana zidd şəxs idi. Erpin hüquq-mühafizə orqanlarında çalışmağına baxmayaraq, o, qanuna zidd əməllərdə ifşa olunmuşdu. Erp, həmçinin dələduzluqda da ittiham olunurdu. Onun koltu 2014-cü ildə hərracda 225 000 dollara adının naməlum qalmağını istəyən kolleksiyaçıya satılmışdı.

7. “Holland & Holland Royal Deluxe” ov tüfəngi

Bu, dünyanın ən bahalı ov tüfənglərindən biridir. Onun dəyəri 228 000 dollardır. Bir ədəd belə bir tüfəngin hazırlanmasına 850 saat tələb olunur.

6. Robert Forda məxsus “Smith & Wesson .44” revolveri

Robert Ford Vəhşi Qərb dünyasından olan, əfsanəvi quldur Cessi Ceymsi öldürən məşhur personajdır. Robert Cessini məhz hərracda 350 000 dollara satılan revolveri ilə öldürmüşdü.

5. Teodor Ruzveltə məxsus “Fox” tüfəngi

Bu tüfən əl işidir. “A. H FOX 12” qoşalüləsi onsuz da ucuz deyil, ABŞ-ın sabiq prezidenti Teodor Ruzveltə məxsus olan konkret bu tüfəng isə hərracda 862 500 dollara satılıb. Ruzveltin ova gedərkən məhz bu silahdan istifadə etdiyi bildirilir.

4. 1847-ci ilin “Colt Walker .44” revolveri

1847-ci ilin Kolt Volker revolver nümunəsi Kolt Paterson üçün ilkin çertyojların əsasında hazırlanıb. “Colt Walker .44” revolverinin orijinal versiyası “Black Powder Revolver” 2008-ci ildə hərracda satılıb. Revolver Amerika-Meksika müharibəsində aktiv istifadə olunub.  1848-ci ildə müharibə bitdikdən sonra silahın istehsalı kəskin düşdü.

3. Henri Vare Loutona məxsus 1886-cı ilin “Winchester”i

Henri Vare Louton Vətəndaş müharibəsi, İspan-Amerika müharibəsi, eləcə də Amerikada apaçilərlə müharibələrdə iştirak etmiş hərbi qulluqçu olub. Mayor Louton apaçilərin başçısı Ceronimonu ələ keçirməsi ilə də adını tarixə yazıb. “Winchester” ona məhz elə buna görə verilmişdi. Hazırda bu silahın dəyəri 1,2 milyon dollardır.

2. Simon Bolivara məxsus “Flintlock” tapançaları

Simon Bolivar Latın Amerikasında tanınmış məşhur tarixi şəxsdir. Sərkərdə və siyasətçi olmaqla, o, Venesuela, Boliviya və digər ölkələrdə müstəqillik uğrunda mübarizəyə rəhbərlik edib. Ona məxsus tapançalar tüfəngsaz Nikolas-Noel Bute tərəfindən hazırlanıb. Tapançalar 2004-cü ildə Nyu-Yorkda hərracda 1 687 500 dollara satılıb.

1. Corc Vaşinqtonun tapançaları

ABŞ-ın ilk prezidentinə məxsus tapançalar hərracda 1 986 000 dollara satılıb.