Bakıda uşaq ölü doğuldu

11:20 25-04-2020 386

Bakıda uşaq ölü doğulub.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

37 həftəlik hamilə G.Davudova qəsəbədə yerləşən 4 saylı Doğum Evinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub.

Meyit daxili müayinə üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli