Məşhur aktyor ilk dəfə baba olacaq

04:20 26-04-2020 613

Dünya şöhrətli aktyor Arnold Şvartsneger ilk dəfə baba olacaq. 

People” nəşrinin öz mənbəyinə istinadla verdiyi məlumata əsasən, ulduzun 30 yaşlı qızı Ketrin hamilədir.  

Lakin gələcək valideynlər Ketrinin hamiləliyi barədə hələ açıqlama vermirlər.

Qeyd edək ki, cütlük artıq bir ildir evlidir. Ketrinin əri, aktyor Kris Prettin Anna Feris ilə olan birinci nigahından Cek adlı oğlu var. 

Hələ cari ilin yanvar ayında Şvartsneger etiraf etmişdi ki, baba olmağı arzulayır, lakin bununla bağlı övladlarına təzyiq etməyə hazırlaşmır.