Bakıda “Pajero” qaydaları pozdu, qəzaya səbəb oldu - ANBAAN VİDEO

05:20 26-04-2020 538

Bakıda qaydaları kobud surətdə pozan “Pajero” markalı avtomobilin sürücüsü qəzaya səbəb olub.

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.

M.Qaşqay küçəsi ilə hərəkət edən sürücü kəsişməyə çatdıqda “Yol ver” nişanının tələblərini pozub.

S.Əsgərova küçəsində hərəkət edən qara rəngli avtomobil nə qədər çalışsa da, qəzadan qaça bilməyib.

Xoşbəxtlikdən qəza yüngül olub və avtomobillərə az zərər dəyib.

Həmin hadisə S.Əsgərova küçəsi ilə hərəkət edən avtomobillərdən birindəki videoqeydiyyatçı tərəfindən lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev