Cokoviç “Uimbldon” otunu yedi - VİDEO

04:36 15-07-2019 728

Uimbldon turnirinin qalibi Novak Cokoviç kortun otunu yeyib.

Bu haqda turnirin rəsmi Twitter səhifəsi məlumat yayıb. 

5-saatlıq qarşılaşma bitdikdən sonra serb tennisçi kotrdan bir neçə ot qıraraq onları hamının gözü önündə yeyib. Qeyd etmək lazımdır ki, Cokoviç vegetariandır.